Miqrasiya orqanlarına qəbulun nəticələri açıqlandı

Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri elan edilib.

Metbuat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi dekabrın 10-da Dövlət Miqrasiya Xidməti ilə birlikdə miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

İmtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 197 nəfərdən 7-si imtahana gəlməyib.

Namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunur. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

Test imtahanının nəticələrinə əsasən, 67 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 12-14 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR