​"Fənərbaxça"ya razılıq verən ulduz futbolçudan gözlənilməz qərar

"Fənərbaxça"nın transfer etmək istədiyi Rade Kruniç üçün Fransanın "Lion" komandası da təklif göndərib.

Metbuat.az xəbər verir ki "Fənərbaxça" “Milan”ın futbolçusu Rade Kruniçlə müqavilə şərtləri ilə bağlı razılığa gəlib. "Le10Sport"un xəbərinə görə, "Lion" da ulduz futbolçuya yaxşı təklif irəli sürüb. "Fənərbaxça” təklifini qəbul edən futbolçu, "Lion"un təklifindən sonra qərarını dəyişə bilər. Bildirilir ki, “Milan” futbolçunun klubdan ayrılmasına qarşı çıxmır.

“Milan” yüksək təklif qarşılığında ulduz futbolçunu sata biləcəyini bildirib. "Fənərbaxça" və "Lion"un təklifləri futbolçunun transfer qiymətinin artmasına səbəb ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR