AVRO 2032 Türkiyədən alına bilər - Sərt qərar

Türkiyə Superliqasında yaşanan xoşagəlməz hadisəyə görə, Türkiyə AVRO 2032 ilə bağlı cəza ala bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “Beinsports” məlumat verib. Bildirilib ki, hakimin döyülməsinə görə İtaliya ilə birgə təşkil olunacaq AVRO 2032 Türkiyədən alına bilər.

Qeyd edək ki, "Ankaragücü" - "Çaykur Rizespor" (1-1) oyunundan sonra meydan sahiblərinin prezidenti Faruk Koca baş hakim Halil Umut Melərin qərarlarını bəyənmədiyi üçün onu yumruqlayıb. Bu hadisədən sonra "Ankaragücü" klubunun prezidenti, Ankaranın sabiq millət vəkili Faruk Koca AK Partiyadan xaric edilməsi tələbi ilə intizam məsuliyyətinə cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR