Yeni transfer rekordu qırılır - 120 milyonluq həmlə

Transferlərə inanılmaz məbləğdə pul xərcləyən “Çelsi” yeni transferə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Todd Boehly klubun rəhbərliyinə gəldikdən sonra yeni futbolçular üçün böyük məbləğlər xərcləyən “Çelsi” yeni hücumçu alır. “Daily Mail” qəzetinin xəbərinə görə, “Çelsi” "Napoli"dən Viktor Osimheni almaq üçün 120 milyon avro civarında təklif irəli sürüb. “Çelsi” bu mövsüm Moises Caicedonu 133 milyon avroya “Brighton”dan transfer edərək İngiltərə premyer liqasında transfer rekordu qırmışdı.

“Napoli” bundan əvvəl Viktor Osimhen üçün 100 milyon avro tələb etmişdi. Futbolçu üçün Avropanın bir sıra nəhəng klubu təklif irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR