"Səbail" - "Qəbələ" oyununun başlama saatı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək "Səbail" - "Qəbələ" oyununun başlama saatı dəyişdirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün qarşılaşmanın vaxtında dəyişiklik olub: “Səbail” klubunun vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən, “Qəbələ” klubu PFL tərəfindən məlumatlandırılıb. PFL-in yekun qərarına əsasən, əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün günü və məkanı eyni saxlanılmaq şərti ilə saat 13:00-da başlamasına qərar verilib".

Qeyd edək ki, "Səbail" - "Qəbələ" matçı dekabrın 15-də reallaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR