İlhamə Quliyeva son nəfəsində bunu deyib – İlk dəfə AÇIQLANDI

“Ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım”.

Mərhum müğənni, Xalq artisti İlhamə Quliyevanın son nəfəsində yanında olan xadiməsi Fatma Əliyeva onunla bağlı heç vaxt dilə gətirmədiyi faktları açıqlayıb.

Metbuat.az Yenicag.az-a istinadən xəbər verir ki, Fatma Əliyeva “O üz” verilişində mərhum müğənninin son nəfəsində söylədiklərini xatırlayaraq göz yaşı töküb:

“İlhamə xanımı ölümündən əvvəl çox incitdilər. Evinə gizli zənglər olunurdu, onu qorxudurdular. Mənə deyirdi, bunlar məndən nə istəyir? O, tək idi, kaş ki, qohumları bir dəfə də olsun, onun ziyarətinə gələydi.

Görəydilər ki, İlhamə xanım yataqda necə əziyyət çəkir. O, mənim qollarım arasında canını tapşırdı. Son sözü də bu oldu ki, mən nakam gedirəm, mənim heç kimim yoxdur. İllərlə ona xidmət etmişəm, amma ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı