MEDİA-nın nümayəndələri Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Metbuat.az xəbər verir ki, MEDİA-nın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR