​Rusiya paytaxt Kiyevə ballistik raketlərlə hücum etdi

Rusiya paytaxt Kiyevə ballistik raketlərlə, Odessa bölgəsinə isə pilotsuz uçuş aparatları ilə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlama verib. Açıqlamada 10 ədəd PUA-nın müəyyən edildiyi vurğulanıb və PUA-ların demək olar ki, hamısının Odessa vilayətində vurulduğu bildirilib. Həmçinin Kiyev istiqamətində ballistik orbitdə uçan 10 hədəfin hamısının Ukrayna hava qüvvələrinin zenit bölmələri tərəfindən vurulduğu qeyd edilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Popko sosial şəbəkədəki hesabında qeyd edib ki, Rusiyaya məxsus raket hissələrinin yerə düşməsi nəticəsində fəsadlar qeydə alınıb, 51 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR