Bu ölkələr Qəzzada atəşkəsə qarşı çıxdı

BMT Baş Assambleyası Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.

Metbuat.az xəbər verir ki, Misirin irəli sürdüyü və Türkiyənin də daxil olduğu təxminən 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi BMT Baş Assambleyasının 193 üzvü olan Fələstin Xüsusi Fövqəladə sessiyasında səsə qoyulub. Qətnamə layihəsi 23 bitərəf və 10 əleyhinə olmaqla 153 səslə qəbul edilib.Sənədin əleyhinə çıxan ölkələr ölkələr Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ olub. Qərarda BMT Nizamnaməsinə və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qəbul etdiyi bütün qətnamələrə istinad edilib.

Qərarda həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək Şuraya göndərdiyi məktuba və BMT-nin Yardım və İşlər üzrə Agentliyinin Baş Komissarı Filip Lazzarininin Baş Assambleyaya göndərdiyi məktuba istinad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR