Bakıda Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilir

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən 3 minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilir.

Metbuat.az xəbər verir ki, tədbir Gənclər Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutur.

Könüllülərin il ərzində göstərdiklər fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə açılıb

Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər.

Forumun rəsmi açılışında öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR