İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici mərhələsindəyik - Prezident

İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır.

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

“Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların, həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin tövsiyələrini özünüzə şüar seçən könüllülərin Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcəklərinə, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəklərinə inandığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR