Elnur Hidayətoğluna yeni vəzifə verildi

Tibbi Əraziləri İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr şöbəsinə müdir təyin edilib.

Metbuat.az xəbər verir ki, sözügedən vəzifəyə tanınmış jurnalist Elnur Hidayətoğlu gətirilib.

Qeyd edək ki, Elnur Hidayətoğlu bundan ncə Bakı Baş Səhiyyə İdarəsinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin müdiri Zamirə Ədilovadır. Departamentin iki şöbəsi var - İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya şöbələri. Daxili Kommunikasiya şöbəsinin müdiri isə Aynur Nurəliyevadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR