İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər? - Siyasətçi açıqladı

“Sülh müqaviləsi ilə bağlı müəyyən müzakirələr, təkliflər olsa da, amma hələ ki, imzalanması ilə bağlı əlamətlər hiss olunmur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı deyib. Bu barədə xeyli təşəbbüslərin olduğunu xatırladan siyasətçi bildirdi ki, təkliflər qarşısında nəticə əldə olunmayıb:

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

“Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib ki, hazırda imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur, yanvarda keçiriləcək görüşdə biz bu mətni razılaşdıracağıq. O qeyd edib ki, nazirlərin görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq. Amma Azərbaycan tərəfi hələ bu məlumatı təsdiq etməyib və orada da sülh müqaviləsi imzalanması gözlənilmir. Çünki hazır sənəd layihəsi yoxdur. Hesab edirəm ki, ilin axırına qədər sülh müqaviləsinin imzalanması ilə bağlı olan açıqlamalar populist yanaşmalardır.

Ermənistanın parlamentinin sədri Alen Simonyan da ilin axırına qədər imzalanmanın olacağını deyirdi. Bütün bunlar hamısı reallıqdan uzaqdır. Azərbaycan prezidenti və xarici işlər nazirinin açıqlamalarında hiss olunur ki, Ermənistan tərəfindən sülh masası ətrafında oturmağa o qədər də istəyi yoxdur”.

Ermənistanın sülh müqaviləsi ilə bağlı hələ də manipulyasiya etdiyini qeyd edən Akif Nağı hesab edir ki, xarici mərkəzlər arasında sülh müqaviləsi ilə bağlı çox sərt qarşıdurma mövcuddur:

“Bu məsələdə Rusiya və Qərb hərəsi bir mövqedən çıxış edir. Əgər Qərb və Rusiya arasında konsensus yoxdursa, xarici amillər də uyğun deyilsə, sülh müqaviləsinin imzalanması çətin olacaq.

Tərəflər arasında müqavilənin imzalanmasında Azərbaycan daha səmimi mövqedədir. Əksinə Ermənistan bu addımı atmağa maraqlı olmalıdır. Ermənistanın qərar qəbul etmək praktikası yoxdur, xaricdən siqnal gözləyir. O siqnal da Ermənistana daxil olmadığı üçün qeyri müəyyən açıqlamalarla kifayətlənir. Ümumiyyətlə yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması real deyil”, - deyə Akif Nağı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib ki, noyabrın sonunda Ermənistan tərəfindən təqdin sülh müqaviləsi üzərində Azərbaycan tərəfi formalaşdırma aparır. Nazir qeyd edib ki, yaxın zamanda Azərbaycan tərəfi öz mövqeyini bildirəcək.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR