Putin oxşarının olması iddialarından DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, rəqəmsal avatar "ilk oxşarı"dır.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.

Tədbir zamanı ekrandan dövlət başçısına rəqəmsal avatar müraciət edib. Guya Sankt-Peterburq sakini olduğu bildirilən, amma Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi olan, V.Putinə bənzədiyi iddia edilən anonim şəxs Prezidentdən oxşarlarının sayını soruşub.

"Sən mənə oxşayırsan və mənim səsimlə danışırsan. Amma yalnız bir nəfər mənim kimi ola bilər. Sadəcə özüm. Yəni, mənim oxşarım yoxdur", - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR