Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

“Qaz İxrac” İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15.12.2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR