Amerikada sərhəd gərginliyi - Sülh əldə edildi

Venesuela və Qayana mübahisəli neftlə zəngin Esequibo bölgəsindəki gərginliyi həll etmək üçün gücdən istifadə etməmək barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro və Qayana prezidenti İrfaan Əli Karib adasında yerləşən Sent Vinsent və Qrenadin adalarında görüşüb. Tərəflər razılaşıblar ki, iki ölkə heç bir halda, iki dövlət arasında mövcud olan hər hansı mübahisədən irəli gələn məsələlər də daxil olmaqla, bir-birini birbaşa və ya dolayısı ilə hədələməyəcək və ya güc tətbiq etməyəcəklər. Dövlət başçıları iki dövlət arasında istənilən mübahisəni beynəlxalq hüquq normalarına uyğun həll etməyə razılaşıblar.

Qeyd edək ki, Venesuela və Qayana arasında Esequibo bölgəsi mübahisəsi Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır. Qayana Britaniyanın müstəmləkəsi olduğu dövrdə, 1899-cu ildəki qərarə əsasən Esequibo çayı Qayananın qərb sərhəddi kimi təyin edilib. Lakin 1966-cı ildə müstəqilliyini əldə edən və 1970-ci ildə Millətlər Birliyinə daxil olan Qayana bu sərhədi tanımayıb və Esequibo bölgəsini öz ərazisi elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR