Beyləqanda uşaq bağçası yandı - 25 nəfər təxliyə edildi

Beyləqanda uşaq bağçasında yanğın olub.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beyləqan şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsi və 4 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (17-si uşaq olmaqla) təhlükəsiz əraziyə təxliyə olunub.

Bağça yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR