Qəzzada hərbi əməliyyatlar edəcək - Netanyahu

İsrailin baş naziri Binyamin Netanyahu ABŞ rəsmilərinə Qəzzada hərbi əməliyyatları davam etdirməkdə qərarlı olduqlarını söylədiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Qəzzadakı hadisələri müzakirə etmək üçün İsrailə səfər edən ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivanın Təl-Əvivdə keçirdiyi görüşlə bağlı yazılı açıqlama verib. Görüş zamanı müharibənin qələbəyə qədər davam etdirilməsi və ümumi məqsədlərə nail olunması, xüsusilə də HƏMAS-ın aradan qaldırılması, girovların azad edilməsi və HƏMAS-ın Qəzzada hökmranlığına son qoyulması barədə məsələlərin müzakirə edildiyi qeyd edilib. Bəyanatda deyilir ki, Netanyahu Qəzza müharibəsində göstərdiyi dəstəyə görə ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivana təşəkkür edib.

Bildirilir ki, tərəflər ABŞ vətəndaşları da daxil olmaqla Qəzzada qalan bütün məhbusları azad etmək və əhaliyə humanitar yardımı davam etdirmək əzmində olduqlarını təkrarlayıblar. Netanyahu, X sosial media hesabında Sullivan ilə görüşü ilə bağlı yayımladığı video mesajında Qəzzada hücumları davam etdirmək üçün həmişəkindən daha qərarlı olduqlarını bəyan edib.İsrailli məhbusların geri qaytarılmasının onların əsas hədəfi olduğunu vurğulayan Netanyahu deyib: “Amerikalı dostlarımıza bunu dedim: Qəhrəman əsgərlərimiz əbəs yerə ölməyib. HƏMAS məhv edilənə və mütləq qələbə qazanılana qədər döyüşü davam etdirmək əzmindəyik”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR