Metrodan istifadə edənlərin sayı artıb

2023-cü ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1732,0 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 119,2 milyon ton yük, 1524,7 milyon sərnişin daşınıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 19,9 faiz artımın qeydə alınması deməkdir.

DSK-nın məlumatında qeyd olunur ki, sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

"Yük dövriyyəsi 5,1 faiz, sərnişin dövriyyəsi isə 20,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,8 faiz artaraq 198,2 milyon nəfər olub, - deyə məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR