Çin və Rusiya bombardmançıları bu ölkənin sərhədinə yaxınlaşdı

Yaponiya Müdafiə Nazirliyi Çin və Rusiya bombardmançılarının Yaponiya yaxınlığında birgə uçuş həyata keçirdiyini bildirib.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, Çinə məxsus iki H-6 tipli və Rusiyaya məxsus iki Tu-95 tipli təyyarə Yapon dənizi (Şərq dənizi) üzərində birgə uçuş həyata keçirib. Açıqlamada, təyyarələrin Şərqi Çin dənizinə doğru uçduğu və Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus təyyarələrin onları izləmək üçün havaya qalxdığı qeyd edilib. Bildirilib ki, Çin və Rusiya bombardmançı təyyarələri Yaponiyanın milli hava məkanını pozmayıb.

Yaponiya hökumətinin birgə uçuşla bağlı narahatlığı diplomatik kanallarla Pekin və Moskva administrasiyalarına çatdırdığı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR