Qalmaqallı görüntülər barədə rəsmi açıqlama - VİDEO

Türkiyəli bloger Alper Rende Bakıda olarkən DYP əməkdaşının ondan rüşvət aldığını iddia edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı video paylaşan bloger bildirib ki, yol polisi əməkdaşı Bakının Səbail rayonu, Neftçilər prospektində ondan 40 manat rüşvət alıb. Belə ki, A.Rende və ətrafındakı şəxs DYP işçisinin tərtib etdiyi protokola görə ondan yerindəcə 40 manat aldığını və pulu özünə götürdüyünü deyib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, iddialar həqiqəti əks etdirmir:

“Türkiyəli bloger Alper Rendenin icarə əsasında idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilib, cərimə məbləği ödənilib”.

O protokolun fotosunu təqdim edib və əlavə edib ki, “Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib:

“Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir”.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR