"Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.

Metbuat.az Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün iticket.az-da əldə edə biləcəklər.

Qiymət sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da başlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR