Süni intellekt dünyanın ilk zehni təsvirini yaratdı - FOTO

Dünyada ilk dəfə olaraq yapon mütəxəssislər beynindən gələn siqnalların emalı əsasında təsvirlər yaratmağa imkan verən texnologiya hazırlaya biliblər.

Metbuat.az-ın məlumatına görə, bu barədə Kyodo agentliyi məlumat verib. 1200-ə yaxın iştirakçının olduğu təcrübədə süni intellektdən (AI) istifadə edilib.

Bu zaman beyin fəaliyyəti funksional maqnit rezonans görüntüləmə (MRT) istifadə edərək təhlil aparılıb. Həmin təhlillər beyin siqnalları ilə əlaqələndirilərək süni intellekt bazasına yüklənib. Nəticələr arasında həqiqətə ən yaxın olanı açıq-aydın çəkilmiş ağzı, qulaqları və xallı naxışlarıolan bəbir obrazı olub. Alimlər hesab edirlər ki, bu texnologiyadan insanların hallüsinasiya və yuxularının mexanizmlərini başa düşmək üçün istifadə etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR