Bitkoin 1 %-dən çox ucuzlaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 42,3 min ABŞ dollarına kimi ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,3 %, son 7 gündə isə 3,54 % azalıb. Nəticədə bitkoinin kapitallaşması 827 milyard ABŞ dollarına kimi enib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,2 %, son bir həftədə isə 4,47 % azalaraq 2 249 ABŞ dollarına düşüb.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər itirən “Solana” olub. Kriptovalyuta son bir sutkada 5,37 %, son bir həftədə isə 3,1 % ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,6 trilyon ABŞ dollarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR