"Real"dan gedəcəyini açıqladı - Fantastik təklif

Səudiyyə Ərəbistanı komandalarına transferi gündəmə gələn Luka Modriç “Real Madrid”dən ayrıla bilər.

Metbuat.az xəbər verir ki, bu barədə onun meneceri açıqlama verib. Modriçin meneceri bildirib ki, futbolçuya Səudiyyə Ərəbistanından təkliflər gəlir. Modriçin menecerinin sözlərinə görə, təklif uyğun olarsa, futbolçunun Səudiyyə Ərəbistanı Pro Liqasına çıxması mümkündür. Ərəb mətbuatında yer alan xəbərə görə, “Əl-Hilal” klubu Luka Modriçə fantastik təklif irəli sürüb. Bildirilir ki, ərəb komandası təcrübəli ulduzu astronomik maaşla razı salıb.

Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real Madrid"in heyətində 18 rəsmi oyuna çıxıb və bu matçların 9-da start heyətdə yer alıb. Meydanda cəmi 877 dəqiqə keçirən 38 yaşlı xorvatiyalı ulduz 2 məhsuldar ötürmə edib. İspaniya mediası Arda Gülerin heyətə daxil olması ilə Luka Modriçin ehtiyatda qalacağını yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR