Qanlı Yanvar faciəsinin qurbanları Heydər Əliyev Sarayında da anılıb

17:18 19 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Heydər Əliyev Sarayında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş geniş anım mərasimi keçirilib.
Əvvəlcə sarayın xidməti girişində 20 Yanvar faciəsini əks etdirən kitab və foto stendə baxış keçirilib. 
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində Azərbaycan xalqının və ölkəmizin tarixində yaşanmış, dinc sakinlərə qarşı törədilmiş ən qəddar cinayətlər sırasında yer alan 1990-ci il yanvar hadisələri haqqında geniş məruzə dinlənilib.
Çıxış edənlər tədbir iştirakçılarına, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verib və bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulayıblar.
Anım tədbiri, 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_faciesinin_qurbanlari_Heyder_Aliyev_Sarayinda_da_anilib-825819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR