“Liverpul” – “Mançester Yunayted” oyununda qalib müəyyənləşmədi

Futbol üzrə İngiltərə Premyer Liqasında XVII turun daha dörd oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Liverpul" və "Mançester Yunayted" komandaları üz-üzə gəliblər.

"Enfild" stadionunda oynanılan matçda qalib müəyyənləşməyib. Tərəflərin çoxsaylı səylərinə baxmayaraq, qapılara qol vurulmayıb. 90+4-cü dəqiqədə qonaqların müdafiəçisi Dieqo Dalot ikinci sarı vərəqəni görərək meydandan qovulub.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran "Liverpul" ikinci pilləyə yüksəlib. 28 xalı olan "Mançester Yunayted" isə yeddincidir.

Günün digər oyunlarında "Arsenal" "Brayton"a 2:0, "Aston Villa" "Brentford"a 2:1, "Vest Hem" isə "Vulverhempton"a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XVII turun "Bornmut" - "Luton" matçı qonaq komandanın kapitanı Tom Lokyerin meydanda infarkt keçirməsi səbəbindən təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR