Rəsul Quliyev lüks villasını bu qiymətə satdı - FOTO

Milli Məclisin sabiq sədri Rəsul Quliyev ABŞ-nin Florida ştatındakı villalarından birini satıb.

Metbuat.az bildirir ki, bununla bağlı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, lüks villa 510 min dollara satılıb:

“Keçmiş spiker və onun həyat yoldaşı Elmira Quliyeva Palm Coast, Allen Ethan 95 ünvanındakı 292 kv metr sahəsi olan əmlakına 510 min dollara müştəri tapıb. Villa 2007-ci ildə inşa olunub, həyətində qapalı hovuzu var”.

Qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı