HƏMAS-la yeni danışıqlar aparılır - Netanyahu

Yeni girov razılaşması üçün HƏMAS ilə danışıqlar aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin baş nazir Binyamin Netanyahu açıqlama verib. Xarici KİV-lər Netanyahunun İsrail ordusunun Qəzzada təsadüfən üç israillini öldürdükdən sonra belə açıqlama verməsinə diqqət çəkib. Məlumata görə, Mossad rəhbəri David Barnea Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə görüşüb. Bundan əvvəl isə İsrail hökumətinin yeni girov razılaşması üçün Mossad rəhbərinə Qətərlə danışıqlar aparmasına icazə verilmədiyini iddia edilmişdi. “Reuters”ə danışan misirli mənbələr Barnea və Al Taninin Avropada görüşdüyünü bildirib.

Barneanın İsrailin HƏMAS ilə yeni razılaşmaya açıq olduğunu ifadə edib. Lakin mövzuyla əlaqədar İsrailin “Haaretz” qəzetinə məlumat verən mənbələr, tərəflərin hələ də razılığa gəlməkdən uzaq olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR