Bakıda beynəlxalq boks turniri start götürür

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.

Azərbaycan Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, Bakı Boks Mərkəzində keçiriləcək yarışda 7 komanda mübarizə aparacaq.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcəklər. Həmçinin Avropa Boks Konfederasiyasının (EUBC) komandası da qüvvəsini sınayacaq.

97 yarışacağı turnirin açılış mərasimi 14:30-da olacaq. Saat 15:00-da isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.

Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR