Ronaldonun evində lentə alınan görüntülər gündəm oldu - VİDEO

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun evdə uşaqları ilə əylənərkən çəkilən görüntüləri sosial mediada gündəm olub.

Metbuat.az xəbər verir ki, görüntüləri Ronaldonun sevgilisi Corcina Rodrigez lentə alıb. “Əl-Nəssr”in futbolçusu evdə Mateo ilə oynayarkən görüntülənib. Tərəflər topla oynayıblar. Ardınca Ronaldonun qızı atasına bəzək əşyasını verib. Ronaldo isə onu alaraq başına taxıb. Mateonun oyun zamanı Kilian Mbappenin PSJ formasını geyinməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR