Azərbaycan və Rusiya Samur çayı ilə bağlı protokol imzaladı

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 25-cü görüşü dekabr ayının 15-də Rusiya Federasiyası Dağıstan Respublikasının ərazisində keçirilib.

Metbuat.az-ın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbərinə görə, görüş Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin və Komissiyasının Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə keçirilib.

İclasda Səhmdar Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR