“Design Bureau” - yüksək zövqlü dizayn işləri ilə adından söz etdirən şirkət

Yaxşı dizayn təkcə estetik baxımıdan deyil, həm də funksional, davamlı və innovativ olmalıdır. Şəhərimizdə yüksək zövqlü dizayn işləri ilə adından söz etdirən şirkətlərdən biri də “Design Bureau”dur. Təcrübə və peşəkarlığı özündə birləşdirən şirkət qəbul edilən sifarişləri yüksək keyfiyyət və zəmanətlə təhvil verir.

"Design Bureau" 2021-ci ildə təsis edilən innovativ memarlıq, mühəndislik və dizayn idarəetmə şirkətidir. Yarandığı gündən müştərilərin rəğbətini qazanan şirkət yaradıcı memarlıq və mühəndislik həlləri təqdim edir. Şirkətin yüksək ixtisaslı, təcrübəli memar və mühəndislərdən ibarət komandası müştərilərin bütün istək və gözləntilərini reallaşdıraraq onların rəğbətini qazanıb.

"Design Bureau" miqyasından asılı olmayaraq istənilən ölçülü layihənin ərsəyə gəlməsində tam spektr dizayn xidmətləri təqdim edir.

Qeyd edək ki, "Design Bureau" şirkəti bir müddət öncə Fairmont Baku otelində keçirilən Global Woman Awards tədbirində mükafata layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR