Azərbaycan Karyera İnkişaf Forumu keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə üçüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

Metbuat.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları iştirak edirlər.

“Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunan builki forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR