Aytən Səfərova Kamran Həsənliyə belə cavab verdi

Aparıcı Aytən Səfərova həmkarı Kamran Həsənlinin "Xəzər TV"ni tənqid etməsinə reaksiya verib.

Metbuat.az "Axsam.az"a istinadən xəbər verir ki, aparıcı bununla bağlı instaqramında video yayımlayıb.

Aytən videoya "Xəzər TV"nin israrla bayağı olmasını İTV-də iddia edənlər zənnimcə bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar" sözlərini yazıb.

Qeyd edək ki, Kamran Həsənli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovun "Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır" sözlərinə belə münasibət bildirib:

"Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər. Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR