Azərbaycanın diri heyvan idxalına çəkdiyi xərc 55% artıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 104 milyon 738 min dollar dəyərində diri heyvan idxal edilib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% və ya 37 milyon 196 min dollar artıb. Belə ki, 2022-ci ilin ilk 11 ayında Azərbaycana 67 milyon 542 min dollar dəyərində diri heyvan idxal edilib.

Xatırladaq ki, hesabat dövründə ölkəyə gətirilmiş diri heyvanların dəyəri ümumi idxalın 0.52% təşkil edib.

Bu dövrdə Azərbaycandan ixrac edilən diri heyvanların dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.2% azalaraq 588 min dollar təşkil edib.

Qeyd edək ki, ölkəyə gətirilən diri heyvanların əsas hissəsi Gürcüstan və Rusiya bazarlarından idxal edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR