Aqşindən onu sevdiyini deyən qadına: "Nənəm yaşındadır" - VİDEO

Xəbər verdiyimiz kimi, yaşlı bir qadın "Səni axtarıram" ictimai-sosial verilişinin efirinə çıxaraq, meyxanaçı Aqşin Fatehi sevdiyini söyləyib.

Metbuat.az Bizim.Media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Aqşin sözügedən proqramın canlı efirinə zəng vuraraq bildirib ki, həmin qadın onun restoranına gələrək sevgisini ona etiraf edib.

"Ailəliyəm, 4 övladım var. Şok vəziyyətindəyəm. Düşündüm ki, sizin verilişinizə zəng vurub nə söyləyəcəyəm? Nənəm yaşında qadın çıxıb efirdə deyir ki, “Aqşini sevirəm, onu istəyirəm”.
Qadının fikiri nədir axı? Mən anlaya bilmirəm. O qadının yaxını, qohumu, bir kişi xeylağı varsayanında götürsün onu gətirsin yanıma, dinləyim görüm bu xanım məndən nə istəyir? Onun dərdi nədir? O qadın restoranıma gəlib. Camaatın içində qadın qaçıb üstümə öpür məni üzümdən. Mən də yerimdə durub anlaya bilmirəm ki, nə baş verir?

Deyirəm ki, ay ana, gəlin, oturun restoranımda çörək yeyin, sizə qulluq edək, sözünüz varsa, deyin mənə... Amma o qadın heç bir şey danışmadı", - deyə Aqşin vurğulayıb.

A.Fatehin bu sözlərinə cavab olaraq, studiyada biçarə vəziyyətdə əyləşən həmin yaşlı qadın "Məni Aqşinlə görüşdürün. Bu, Allahın yazısıdır. Mən Aqşini sevirəm" sözlərini dilə gətirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR