Dünən vəfat edən əsgərimizin görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, dünən Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsrətov Xəyal Əzim oğlunun səhhəti qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Metbuat.az Modern.az-a istinadən bildirir ki, o, “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının əsgəri olub.

Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

Qeyd edək ki, Qubadlıda vəfat edən əsgər Xəyal Həsrətov İsmayıllı rayonunun Tircan kəndindəndir.

Vəfat edən hərbçimizin fotosunu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR