Azərbaycanda ana iki yaşlı oğlunu boğub öldürdü

Azərbaycanda ana iki yaşlı oğlunu boğub öldürdü
14:21 25 Dekabr 2014
132 Sosial
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda uşaq ölümü faktı baş verib.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Digah kəndində qeydə alınıb.

Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb.

Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib.

S. Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR