"Fənərbaxça" tanınmış argentinalı futbolçunu alır

"Fənərbaxça" Braziliyanın "İnternasional" klubunda çıxış edən Fabricio Bustosu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" 27 yaşlı sağ cinah müdafiəçisi üçün təklif göndərib. Türkiyə mətbuatının Braziliya mediasına istinadən xəbərinə görə, argentinalı futbolçu klubdan getmək istəyir. Bildirilir ki, "İnternasional" Fabricionu göndərmək istəməsə də, futbolçu Avropaya gəlməyə razılıq verib. Qeyd edək ki, Fabricio Bustos bu mövsüm klubunda 49 oyun keçirib. Futbolçu bu matçlarda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Argentina millisində də çıxış edən Bustos milli ilə 4 matçda meydana çıxıb.Bustosun hazırkı transfer dəyəri 6,5 milyon avrodur. Onun klubu ilə 2024-cü ilə qədər müqaviləsi var. Futbolçu 1,2 milyon avroya "İndependyente"dən "İnternasional"a transfer olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR