Bu ölkənin valyutası çökür - Çindən borc alacaqlar

"Yeni prezident xarici siyasətdə də köklü dəyişikliklər vəd edib. Argentinanın keçmiş prezidenti ölkəsinin BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacağını açıqlamışdı. Yeni seçilmiş prezident Xavyer Mileyin bu təşkilata qoşulmağın əleyhinədir. Onun müşavirləri də eyni mövqedədirlər. Yeni prezident ABŞ və İsrail kimi dövlətlərlı sıx əlaqələr qurmaq istəyir".

Metbuat.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin dəbdəbəli andiçmə mərasimi keçirsə də, ölkəsinin iqtisadi vəziyyəti ağırdır.

“The Wall Street Journal” dərgisində yayımlanan məqalədə Argentinanın milli valyutası pesonun məzənnəsinin təxminən yarıya qədər endiriləcəyi bildirilib, dollar yenidən bahalaşacaq. Yeni prezident hökumətin xərclərini azaltmaq və dövlət büdcəsinin yükünü azaltmaq məqsədilə 18 nazirliyin əvəzinə 9 nazirliyin fəaliyyət göstərəcəyi qərarını verib. Bundan başqa bütün infrastruktur layihələrinin icrasını dondurulacaq. Yeni kabinet bu mövqedədir ki, hökumətin gördüyü tədbirlər qısa müddətdə Argentina əhalisinə ziyan vuracaq. Buna baxmayaraq, Argentina üçün başqa alternativ qalmayıb. Argentinanın maliyyə naziri bildirib ki, ölkə qazandığından çox xərcləyə bilməz. Beləliklə, Argentinanı ağır günlər gözləyir".

Politoloqun sözlərinə görə, yeni prezidentin Çindən gözləntisi var. Yerli “La Nación” nəşrində yayımlanan məqalədə, Argentina prezidentinin Çin lideri Si Cinpinə məktub yazdığı bildirilib. Həmin məktubda Argentina prezidenti Çin liderindən xahiş edib ki, Çin milli valyutasından istifadəyə imkan verilsin. Argentina Çin milli valyutası vasitəsilə Beynəlxalq Valyuta Fonduna borclarını ödəməyi planlaşdırır:

"Çin Argentinaya borc verə bilər, ancaq şərtlərini də diqtə edəcək. Çindən borc alan ölkələr daha sonra Pekinin siyasi istəklərinə “yox” deyə bilmirlər. Halbuki, Argentinanın yeni prezidenti seçkidən əvvəl bəyan etmişdi ki, onun kommmunistlərlə ortaq işi olmayacaq. Yeni prezident bu vədinə baxzmayaraq, Çin kommunistlərinə ağız açmaq məcburiyyətində qalıb. Pekin bunun qarşılığında Argentina prezidentini BRİCS barədə qərarını dəyişməsini istəyəcək. Digər tərəfdən Argentina və Çin keçmiş illərdə “bir kəmər, bir yol” layihəsiylə bağlı əməkdaşlıq planı imzalamışdılar. Pekin Argentinanın yeni prezidentinin bu planı yerinə yetirməsini də istəyəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR