Yola saldığımız 2023-cü ildə kimləri itirdik? - SİYAHI

Yola saldığımız 2023-cü ildə ölkədə tanınmış bir çox simanı itirdik.

Metbuat.az bu barədə araşdırmasını təqdim edir:

İlin əvvəllində Əməkdar artist, Tünzalə Əliyeva isə uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdi. Uzun illər tamaşaçıların qəlbində taxt quran aktrisa 22 yanvar 2023-cü ildə dünyasını dəyişib.

Uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkən Xalq artisi Ramiz Novruz 2023 –cü ilin fevralın 20-də vəfat edib.

Tanınmış ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim, Məşədi Dadaş məscidinin sabiq axundu Hacı Şahin Həsənli martın 2-də 48 yaşında ürəkçatışmazlığından dünyasını dəyişdi.

Martın 22-də tanınmış rejissor, produser Oqtay Əliyev qəfil ürəyi tutmasından vəfat edib.

Azərbaycan Respublikasının xalq artisti məhşur qarmon ifaçısı, Aftandil İsrafilov aprelin 29-da dünyasını dəyişib.

İyul ayında isə tanınmış jurnalist Natəvan Babayeva vəfat edib. O iyulun 20-də uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

2023-cü ilin sentyabrında Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, jurnalist Qənirə Paşayeva vəfat etdi. O sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində dünyasını dəyişdi. Qənirə Paşayeva 29 sentyabr 2023-cü ildə “İkinci Fəxri Xiyaban”da dəfn olunub

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişdi. O, Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Bir neçə gün bundan öncə Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR