Ağstafa, 19 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar olaraq Ağstafa rayonunda tədbirlər planı hazırlanıb.
AzərTAc xəbər verir ki, tədbirlər planına uyğun olaraq növbəti tədbir yanvarın 19-da Ağstafa şəhərindəki A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə çıxış edən təhsil işçiləri və ziyalılar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar haqqında geniş danışıblar.
Tədbir 2 nömrəli məktəbin müəllimlərinin və şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxışla davam etdirilib.