"Mançester Siti", "Barselona", “Real”... - “Yeni Messi” seçimini etdi

"Mançester Siti", "Çelsi" və "Barselona" və “Real Madrid” "River Pleyt"in 17 yaşlı argentinalı ulduzu Claudio Echeverrini transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Yeni Messi” adlandırılan futbolçunun “Barselona”ya transfer olmaq istədiyi bildirilsə də, İngiltərə nəhəngləri geri çəkilməyib. “The Mirror” qəzetinin məlumatına görə, “Barselona” futbolçu üçün 25 milyon avro təklif edib. İngiltərə nəhəngləri isə daha çox məbləğ təklif edərək, futbolçunu və onun klubunu razı salmağa çalışır. Argentinalı ulduzun “River Pleyt”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Digər tərəfdən üç nəhəng klub futbolçunu azad agent kimi heyətinə qatmaq üçün də böyük rəqabət aparır. Echeverri bu mövsüm 5 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Argentinanın U-17 komandasının kapitanı olan futbolçu 18 matçda 10 qol vurmağı bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR