Binədə 2 qumbara aşkarlandı - FOTO

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib. Baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Binədə 2 qumbara aşkarlanıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR