“Bayer 04” Almaniya futbolu tarixində yeni rekorda imza atdı

“Bayer 04” klubu Almaniya futbol tarixində yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi 25 oyunda uduzmamaqla buna nail olub.

Son olaraq Bundesliqanın XVI turunda “Bohum” üzərində 4:0 hesablı qələbə qazanan Xabi Alonsonun kollektivi mövsümün ilk 25 görüşündə məğlub olmayan ilk Almaniya komandasıdır. “Qara qırmızılılar” bu matçların 22-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR