"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq"

"Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq".

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

"Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir", - nazir deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR