“Qalatasaray” tanınmış futbolçunu pulsuz alır

“Qalatasaray” klubu “Roma”da çıxış edən Leonardo Spinazzolanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, futbolçu özü “Qalatasaray”ın təklifini geri çevirməyib. Müdafiəçinin “Roma”dan ayrılmaq istədiyi bildirilir. Həmçinin futbolçunun müqaviləsi mövsümün sonunda başa çatdığı üçün“Qalatasaray” onu azad agent kimi kluba cəlb edə bilər. Spinazzola bu mövsüm 14 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bildirilir ki, Leonardo Spinazzolanın transferi baş tutmasa, “Qalatasaray” "Mançester Yunayted"də çıxış edən Serxio Reqilonu transfer edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR