Məhəmməd Cavad Zərif: ABŞ danışıqlarda müsbət nəticə əldə etmək istəyirsə İrana təzyiqlərə son qoymalıdır

17:18 19 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 19 yanvar, AzərTAc 
Əgər ABŞ danışıqlarda müsbət nəticə əldə etmək istəyirsə, İrana göstərdiyi siyasi və iqtisadi təzyiqlərə son qoymalıdır.
Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinə qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar və nüvə proqramına dair Cenevrədə ABŞ-ın dövlət katibi Con Kerri ilə apardığı danışıqlarla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
M.C.Zərif bir neçə gündən sonra Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcəyini və Forum çərçivəsində ABŞ dövlət katibi ilə bir daha görüşəcəyini bildirib.
Nazir qeyd edib ki, əgər qarşı tərəf siyasi iradə nümayiş etdirərək konstruktiv mövqedən çıxış etsə, onda danışıqları bir həftə ərzində tərəflər üçün müsbət nəticələrlə yekunlaşdırmaq olar.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mehemmed_Cavad_Zerif_ABS_danisiqlarda_musbet_netice_elde_etmek_isteyirse_Irana_tezyiqlere_son_qoymalidir-825818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR