Futbol əfsanəsi türk klubuna gəlir

“Beşiktaş” klubunda baş məşqçi postuna yeni namizədlərin adları müəyyənləşib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların arasında “Beşiktaş”ın keçmiş baş məşqçisi Slaven Biliç, Jorge Sampaoli, Frank de Boer, Stanislav Çerşesov kimi məşhur futbol mütəxəssisləri var. Həmçinin keçmiş futbolçu Ruud van Nistelrooy və Fabio Kannavaro da əsas namizədlər arasındadır. Bəzi mənbələrin iddiasına görə, Ruud van Nistelrooy və Fabio Kannavaro “Beşiktaş” üçün daha real namizədlərdir.

İddialara görə, “Beşiktaş”da bəzi rəhbərlər Ruud van Nistelrooya üstünlük verir. Onun sonuncu iş yeri PSV klubu olub. Qeyd edək ki, “Beşiktaş” son turda “Alanyaspor”a 1-3 məğlub olub. Ardınca baş məşqçi Rza Çalımbay qovulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR